Перейти к содержимому
Обложка трека Adını Günəş Qoyacaq — PRoMete
4:18

Трек

PRoMete Adını Günəş Qoyacaq Remastered

Альбом · Sinqllar (2006-2015) · 2016 · Рэп

Скачать

Текст песни

Həyat qəribədir, dördbucaq üstünə üçbucaq - ev olur
İllər insanı çox yorur... Cavanlıq tüstüdə qeyb olur...
İtirincə fərqinə varırsan, sev onu!
Öldür eqonu! Nəyinə gərəkdir ki, bu?
Mən yanındayam, sənə başqa nə lazım?
Mənə isə sənin nazın lazım
Yəni şəfəqin. Çıx üfüqə, mən rəfiqin!
Çəkilib sevginin tətiyi, sanki sərxoşam...
Nə boşa xərcləmək deyə bilirəm buna mən, vaxtı
Nə də günahlandıra bilirəm baxtı...
Dönüb dala 4 illik qısa zaman kəsiyinə baxdım
Güldüm, gördüm hardadır səhv, duruxdum...
Qoy əlini ovcuma
Qorxdun?
Yaxın ol, duyum qoxunu, səsimi hiss et!
Küləyə yalvardım, qısqanmaram, ətriylə rəqs et!
Hər gün günəşə baxıram səni görmək üçün!
Bu, ən rahat ölüm olmalıdır, canıma qəsd et!
Nə bitsin istərəm, nə də başlasın
Bilirəm inanmaq çətin buna
Sən yoxsansa, olmasın başqası
Sənsiz davam edə bilmirəm yoluma
Hər addım sanki başqadır, amma
Hamısının yazısı eyni sonuna!
Bu dəfə bitməz deyə başladıq
Odur ki, bərk yapış sən qolumdan
Bitdi gecələr, qaranlıq və səhər hökm sürər... (hökm sürər)
Mən səni qazana-qazana daha çox qısqanıram güzgünə!
Dəli fikirlər ağlımın içində, məni bir dinlə
Mən ürəyində sənə ən yaxın şah damar kimi!
Mən sanki ən ağır xəstəyəm hüzurunda
Sənsə həkimim!
Yaxın ol, duyum qoxunu, səsimi hiss et!
Küləyə yalvardım, qısqanmaram, ətriylə rəqs et!
Hər gün günəşə baxıram səni görmək üçün!
Bu, ən rahat ölüm olmalıdır, canıma qəsd et!
Həqiqət acıdır: nə sən varsan, nə də mən
Biz ikimiz də ibarət təkdən!
Hər şeyi mənim üstümə atma!
Axı bu gəmidə deyiləm kapitan tək mən!
Hökmən bir addım daha yaxınlaş
Başın çiynimdə. Rəsmin olmalı
Ayrı qalanda şəkilə baxmalı
Fikrə dalmalı
Bunlar hamısı normaldır
Olanlar olmalıdır
Yetərincə tələsmişəm, indi isə
Daha durulmuş çay kimi!
Sənə açıq sularım
Üzməni istərəm, rahat ol!
Bu ürəyim bir ümman kimi!
Sənə açıb qolların!
Yaxın ol, duyum qoxunu, səsimi hiss et!
Küləyə yalvardım, qısqanmaram, ətriylə rəqs et!
Hər gün günəşə baxıram səni görmək üçün!
Bu, ən rahat ölüm olmalıdır, canıma qəsd et!

OyunRemastered
PRoMete feat. Orkhan Zeynalli
4:02
PRoMete feat. Sailor
3:10
4:00
Ritm'i TasavvufRemastered
PRoMete feat. Nicoa, Mc Kamuflaj
3:42
0:00 0:00