Обложка трека Gülərəm, Gülsən — Flora Kərimova
3:08

Flora Kərimova Gülərəm, Gülsən

Альбом · İfalar · 2024

Скачать

Текст песни

Gözlərim o qara gözə bənd oldu
Saçların boynuma bir kəmənd oldu
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən...
Dərdimi söyləyim divara-daşa
Hicran saatları yetmədi başa
Gəl gəzək, seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Gəl gəzək, seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Nəğmələr qoşa...
Sevirəm, səninəm, qorxma bir kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
İnan sözlərimə, qorxma bir kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən...
A-a-a-a-a-a

0:00 0:00