Текст песни
[Bənd 1]
Quş qanadla uçar, insan diləklə
Yatır hər ürəkdə min-min arzular
Quş qanadla uçar, insan diləklə
Yatır hər ürəkdə min-min arzular
Aparır daha xoş, gözəl çağlara
Arzular, arzular, şirin arzular
[Nəqərat]
Qəlbə naxış salar hər eşqin izi
Qəlbə naxış salar hər eşqin izi
Diləkdir güldürən əməlimizi
Təzə arzulara aparır bizi
Arzunun özündən doğan arzular
Şirin arzular...
[Bənd 2]
Vətən günü-gündən dönür gülzara
Gör dünənim hara, bu günüm hara?
Vətən günü-gündən dönür gülzara
Gör dünənim hara, bu günüm hara?
Tutub əlimizdən aparır bizi
Arzunun özündən doğan arzular
Ещё от Gülağa Məmmədov
Gülağa Məmmədov, Flora Kərimova
Gülağa Məmmədov, Flora Kərimova