Текст песни
Mən ‘’anacan’’ deyirəm
Anama öz dilimdə
O sözdən sonra gəlir
Sevgim də, sevgilim də
Bu sözdəki şirinlik
Muğamata bənzəyir
Ən incə bir nəğmədə
Nəqərata bənzəyir
Anamın al qanıdır
Mənim damarlarımda
Mən ona qan borcluyam
Nəfəsimdə, səsimdə
Ürəyim də onundur
Mən ona can borcluyam
100 il nazını çəksəm
Yenə əziz anama
Mən hər zaman borcluyam
Yenə əziz anama
Mən hər zaman borcluyam
Ana - daima qaynar eşqin ifadəsidir
O, alovlu qəlbimin odlu döyünməsidir, ey, ey
Ana, ana - baharın özü, bahar təranəsidir
O, bir şeir deyildir, şeir ilahəsidir
Ana - ülvi məhəbbət
Gözəllik aləmidir
O, bir nəğmə deyildir
Nəğmələrin cəmidir
Ana - ömrün, həyatın
Böyük müqəddəsidir
O, hünər, qəhrəmanlıq
Namus, vicdan səsidir
Anamın al qanıdır
Mənim damarlarımda
Mən ona qan borcluyam
Nəfəsimdə, səsimdə
Ürəyim də onundur
Mən ona can borcluyam
100 il nazını çəksəm
Yenə əziz anama
Mən hər zaman borcluyam
Yenə əziz anama
Mən hər zaman borcluyam