Текст песни
Sakit axıb gecələr
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar
Əfsanələr danışır
Elə bil ki, nağıllar
Əfsanələr danışır
Sirrlərlə doludur
Gecələr bulaq başı
Onun zümzüməsidir
Gecələrin sirdaşı
Gecələrin sirdaşı
Sirrlərlə doludur
Gecələr bulaq başı
Onun zümzüməsidir
Gecələrin sirdaşı
Gecələrin sirdaşı
Səpələnib toz kimi
Şırıltıyla axan su
Neyçün pozur gecənin
O dərin sükutunu?
Neyçün pozur gecənin
O dərin sükutunu?
Bəzən, aylı, süd kimi
Bəzən, qara gecələr
Bulaq laylanı çalır
Yatanlara gecələr
Yatanlara gecələr
Bəzən, aylı, süd kimi
Bəzən, qara gecələr
Bulaq laylanı çalır
Yatanlara gecələr
Yatanlara gecələr
Nə deyir laylasında
Ötüb qumrular kimi?
O, keçmişin naləsi
Gələcəyin sirrimi?
O, keçmişin naləsi
Gələcəyin sirrimi?
Bulaq nə deyir, görən
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır?
Gecəyəmi danışır?
Bulaq nə deyir, görən
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır?
Gecəyəmi danışır?
Gecəyəmi danışır?
Gecəyəmi danışır?