Обложка трека Daha Məndə Dözüm Yox — Flora Kərimova
4:13

Flora Kərimova Daha Məndə Dözüm Yox

Альбом · Elza İbrahimovanın Bəstələri · 2021

Скачать

Текст песни

Nəğmə dolu bir dünyama, göz açmışdı o gözlər
Bir ömürlük məhəbbətdən söz açmışdı o gözlər
Niyə birdən yoxa çıxdı o bəxtəvər gülüşlər?
Niyə məni belə yıxdı, Niyə məni belə yıxdı
O bəxtəvər gülüşlər?
Gəl, gəl gülüm, gəl görüşə
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar, bir dağ olar
Gəl, gəl gülüm, gəl görüşə
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşları bulaq olar, göz yaşların
Kövrək, göyçək arzularla gəl ömrümə, günümə
Sənsiz ürək haray çəkir, yet səsimə, ünümə
Bu eşq məni öldürsə də, yalvarmağa üzüm yox
İnsafsızlıq yetər, gülüm, İnsafsızlıq yetər, gülüm
Daha məndə dözüm yox…
Gəl, gəl gülüm, gəl görüşə
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar, bir dağ olar
Gəl, gəl gülüm, gəl görüşə
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşları bulaq olar, göz yaşların
Gəl, gəl gülüm, gəl görüşə
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar, bir dağ olar
Gəl, gəl gülüm, gəl görüşə
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşları bulaq olar, göz yaşların
Ağlamasın salxım söyüd...

0:00 0:00