Текст песни
O gecikmiş çiçəkləri gətirmə
Sənə qalsın, sənə qalsın…
Darıxanda öpərsən
O gecikmiş çiçəkləri gətirmə
Sənə qalsın, sənə qalsın
Darıxanda öpərsən
Mənim yerim nə səhradır, nə də bağ
Sevgim üçün nə çiçək var, nə yarpaq
Həyatını başqa yerdə sürərsən
Öz yuvanı başqa yerdə hörərsən
Görürsənmi, nə çətindir barışmaq?
Bir sözünlə dəydin mənim xətrimə
Elə dəydin, elə dəydin…
Bir də çətin görərsən
Bir sözünlə dəydin mənim xətrimə
Elə dəydin, elə dəydin…
Bir də çətin görərsən
Mənim yerim nə səhradır, nə də bağ
Sevgim üçün nə çiçək var, nə yarpaq
Həyatını başqa yerdə sürərsən
Öz yuvanı başqa yerdə hörərsən
Görürsənmi, nə çətindir barışmaq?