Текст песни
Əziz dostum məndən küsüb, inciyib,
Ayrılıb yad kimi çıxdı evimdən.
Getdiyi yolları ot basıb indi,
O gedib qalmışam həsrətində mən.
Nəcə nəğmə qoşub, necə dinməyim?!
Dost gedib, özümə gələ bilmirəm.
Elə bil, əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.
Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm.
Əlim dəyən kimi bircə telinə,
Simlər haray çəkib qırıldı o dəm.