Обложка трека Megamix — Ədalət Şükürov
8:27

Ədalət Şükürov Megamix

Сингл · 2007

Скачать

Текст песни

Dünya sənindir, gözəl
Aləm sənindir
Sevgi bir baldır, gözəl
O da sənin
Gözlər sənindir, gözəl
Sözlər sənindir
Vallah, bir ürəyim var
O da sənin
O da sənin
Sənin adın nədir, ay gözəl?
Sənin adına qurban olum
Dayan, söyləyim sənə qəzəl
Qoyma məni bir gültək solum
Ay qız, keçmə bizim məhlədən
(Bir də keçmə)
Hamı baxıb sənə heyran olur
Nə olar, bir söz alım səndən
(Bir söz alım)
Dayan, getmə, incimə məndən
Dünya sənindir, gözəl
Aləm sənindir
Sevgi bir baldır, gözəl
O da sənin
Gözlər sənindir, gözəl
Sözlər sənindir
Vallah, bir ürəyim var
O da sənin
O da sənin
Əzizim, canım, gözüm, bu dərdə necə dözüm?
Əzizim, canım, gözüm, yollarda qalıb gözüm
Mənim kimi sevmədin, mənə boyun əymədin
Əllərim ki dəymədi, sevdim səni nə fayda?
Aldandım, suç etdim, bu sevdanı puç etdin
Atıb məni sən getdin, sevdim səni nə fayda?
Bənövşə bizim bağda, lalələr uca dağda
Gül açır solda, sağda sən gələndə
Yağış da damla-damla yağarmış hey aramla
Gülüm, məni harayla sən gələndə
Bir çinar, bir çinar, bir çinar bilirdi
Bir də dostum bilirdi mənim öz sirrimi
Ay sevgilim, niyə belə vəfasız oldun?
Qoca çinar, qoca çinar, qoca çinar
Qoca çinar, qoca-qoca-qoca
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Yalnız çinar bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, qoca çinar bilirdi
Bir də dostum bilirdi mənim sirrimi
Qoca çinar bilirdi, bir də dostum bilirdi
Bir də dostum bilirdi...
Mən səni, mən səni, mən səni heç kimə dəyişmərəm
Mən bu dünyadan sənsiz köçərəm
Gəlişini gözləyirdim, sənə “əzizim” deyirdim
Amma bu gün səni itirdim
Mən səni heç kimə dəyişmərəm
Səninlə ömrümü itirdim
Yoxdur günlərin düzümü
İtirdim özüm-özümü
Bu gündən ki səni itirdim
İtirdim, itirdim, itirdim
Mən səni, deyəsən, bu gün itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim
İtirdim, itirdim, itirdim
Ay, itirdim, itirdim, itirdim
Mən səni, deyəsən, bu gün itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim
Ümidim, gümanım bitdi
Sevgiyə inamım itdi
Çünki bu gün səni itirdim
İtirdim, itirdim
Üçüncü sinifdə oxuyurdum
Dərsləri azacıq bilirdim
Anamın qırmızı yaylığını
Gizlincə mən sənə gətirdim
Anamın o qırmızı yaylığı
Sənin tellərini bəzədi
Bilmirəm, anam onu bildimi?
Amma mənə bir söz demədi
Qırmızı, qırmızı, qırmızı yaylığı
Gəlib sənə hədiyyə etdim
Bu qırmızı, qırmızı, qırmızı yaylığı
Bir gün evdən götürüb getdin
Sən yalnız mənim idin, ömrümün işığı idin
Hər günümə sən bir yaraşıq idin
Payız günündə ayrıldı yolumuz
Sönük düşdü göylərdən iki ulduz
Mən səni belə bilməzdim
Sevməsəm, heç üzülməzdim
Görəsən, nə vaxtdır, haradasan, harada?
Qalardın, gərək, mənimlə
İndi uzaqlarda dinlə
Ürəyimin nəğməsin son baharda
Sən indi kiminsən?
De görüm, kiminsən?
Bir zaman mənim idin
Bəs indi kiminsən?
Sən indi, sən indi
De görüm, kiminsən?
De görüm, kiminsən?
Bu gün sən kiminsən?
Sən indi kiminsən?
Sən indi, sən indi, sən indi
Sən indi...
Bir yaz axşamı yandırdım şamı
Neçə vaxtdır görmürəm səni
Bir yaz axşamı taxdım nişanı
Sevgilim, sənin barmağına
Üzük qaşsız qalıb, qızıl da xal saldı
Güzgünü toz aldı, qayıtmadın
Bu şam bütün gecə sönür, yanır necə?
Sönməsin, gur yansın, bəlkə gəldin
Ürəyim, ürəyim, bəlkə gəldin
Ürəyim, ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə gəldin
Ürəyim tup-tup döyünür hər dəfə
Sənin şəklini divarda görəndə
Qapını tuk-tuk-tuk-tuk kimsə döyəndə
Gedirəm açmağa, bəlkə gəldin
Bəlkə gəldin, bəlkə gəldin

0:00 0:00