Текст песни
Bütün dualarımın
Şirin xəyallarımın
Və bu şən əhvalımın
Xoş halı sənsən
Ömrümə nur çiləyən
Dünyamı gül bəzəyən
Çiçəkli bağların da bir gülü sənsən
Sən sev, mən də baxım
Sənə məndən də yaxın
Üşüyən ruhun isti yuvasısan sən
Sənsiz qalmaram axı
Olmasan, olmaz axı
Sənə qurban, bu canın dərmanı sənsən
Səni sevdiyimi bu dünyaya yay, yay
Yay şövq ilə, har-haraylarla yay
De ki: "Dərdimdən ölən var, var, vay-vay”
Mənəm ancaq ona dərman
Dərman, dərman
Səni sevdiyimi bu dünyaya yay, yay
Yay şövq ilə, har-haraylarla yay
De ki: "Dərdimdən ölən var, var, vay-vay”
Mənəm ancaq ona dərman
Dərman, dərman
Qapılıb dəryaya
Düşsəm də bir adaya
Heç nəyim olmasa da, olmalısan sən
Baxıram səmaya
Düzülən mənaya
Məni anlayıb sevən olmalısan sən
Bu həyat filmdirsə
Hekayə bizimdirsə
Filmin də ən sevimli obrazısan sən
Gül bülbülündürsə
Bülbül də gülündürsə
Ömründə hər fəslin çiləyisən sən
Səni sevdiyimi bu dünyaya yay, yay
Yay şövq ilə, har-haraylarla yay
De ki: "Dərdimdən ölən var, var, vay-vay”
Mənəm ancaq ona dərman
Dərman, dərman
Səni sevdiyimi bu dünyaya yay, yay
Yay şövq ilə, har-haraylarla yay
De ki: "Dərdimdən ölən var, var, vay-vay”
Mənəm ancaq ona dərman
Dərman, dərman