Обложка трека Yarımgilə / Səninləyəm / Yalvarıram — Brilliant Dadaşova
6:46

Brilliant Dadaşova Yarımgilə / Səninləyəm / Yalvarıram Popurri

Сингл · 2024

Скачать

Текст песни

Sənə qurban, ay oğlan
Mənə versən hay, oğlan
Sənə qurban, ay oğlan
Mənə versən hay, oğlan
Gəzdim eli-obanı
Yoxdur sənə tay, oğlan
Gəzdim eli-aləmi
Yoxdur sənə tay, oğlan
Gəzdim eli-obanı
Yoxdur sənə tay, oğlan
Gəzdim eli-aləmi
Yoxdur sənə tay, oğlan
Əzizim, yarımgilə
Dərman ver yarım gilə
Ürəyim quştək uçur
Getməyə yarımgilə
Əzizim, yarımgilə
Gəl, gedək yarımgilə
Ürəyim quştək uçur
Getməyə yarımgilə
Köynəyi yaşıl oğlan
Əcəb yaraşır, oğlan
Köynəyi yaşıl oğlan
Əcəb yaraşır, oğlan
Gəlmə bizim məhəlləyə
Nənəm savaşır, oğlan
Gəlmə bizim məhəlləyə
Nənəm savaşır, oğlan
Gəlmə bizim məhəlləyə
Nənəm savaşır, oğlan
Gəlmə bizim məhəlləyə
Nənəm savaşır, oğlan
Əzizim, yarımgilə
Dərman ver yarım gilə
Ürəyim quştək uçur
Getməyə yarımgilə
Əzizim, yarımgilə
Gəl, gedək yarımgilə
Ürəyim quştək uçur
Getməyə yarımgilə
Səninləyəm...
Gündüz-gecə səninləyəm
Lap ölüncə səninləyəm
Səninləyəm...
İncə-incə, gündüz-gecə
Mən ölüncə səninləyəm
İncə-incə, gündüz-gecə
Səninləyəm...
İncə-incə səninləyəm
Gündüz-gecə səninləyəm
Lap ölüncə səninləyəm
Səninləyəm...
İncə-incə, gündüz-gecə
Mən ölüncə səninləyəm
İncə-incə, gündüz-gecə
Səninləyəm...
İncə-incə səninləyəm
Gündüz-gecə səninləyəm
Lap ölüncə səninləyəm
Səninləyəm...
İncə-incə, gündüz-gecə
Mən ölüncə səninləyəm
İncə-incə, gündüz-gecə
Səninləyəm...
Bilirdim ki, zalım dünya
Sevənlərə nəs baxır
Səni mənim taleyimdən
Ayırmağa darıxır
Bir nəğmə idi, keçib getdi
Yuxumuza girərmi?
Səni məndən alan dünya
Bir də geri verərmi?
Yollarına döşəsələr
Gül-çiçəyi qucaq-qucaq
Bilirəm ki, mənim yerim
Səni hər an yandıracaq
Ürəyimə axan yaşı
Özgə əli silərmi?
Səni məndən alan dünya
Bir də geri verərmi?
Yalvarıram o yollara
İzlərini qaytarsın
Yalvarıram o günlərə
Gözlərini qaytarsın
Yalvarıram hər yağışa
Bu ağrını soyutsun
Yalvarıram hər nəğməyə
Bu həsrəti ovutsun
Yalvarıram o yollara
İzlərini qaytarsın
Yalvarıram o günlərə
Gözlərini qaytarsın
Yalvarıram hər yağışa
Bu ağrını soyutsun
Yalvarıram hər nəğməyə
Bu həsrəti ovutsun

0:00 0:00