Перейти к содержимому
Обложка трека Ağ Yelkənimsən — Brilliant Dadaşova
4:04

Трек

Brilliant Dadaşova Ağ Yelkənimsən

Сингл · 2026 · Поп

Скачать

Текст песни

Sahildə göy sular tellərini hörübdür
Dəniz mahnı oxuyur, yar yarını görübdür
Min əfsanə söyləyir ay işığı, göy Xəzər
Mənim nazəndə yarım novruz gülünə bənzər
Eşqimin birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Eşqimin birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Ey yarım, baharım, sevdalım
Sən mənimsən
Günüm, ayım, hey, gülşənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Səhər yeli saçıma dəniz şehi düzəndə
Mavi ləpələr üzrə durna eşqim üzəndə
Mən sakit dayanıb orada səni görmüşəm
Bahar çiçəklərindən saçıma tac hörmüşəm
Eşqimin birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Eşqimin birincisi, qəlbimin saf incisi
Xoş xəyallı, ey sevdalı yar
Ey yarım, baharım, sevdalım
Sən mənimsən
Günüm, ayım, hey, gülşənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Ey yarım, baharım, ey sevdalım
Sən mənimsən
Günüm, ayım, hey, gülşənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, ağ yelkənimsən
Dənizdə qağayım, hey, ağ yelkənimsən

0:00 0:00