Текст песни
Göründün gözümə nişanə kimi
Dolandım başına pərvanə kimi
Göründün gözümə nişanə kimi
Dolandım başına pərvanə kimi
Yalvardım səhərdən axşama kimi
Heyif ki, sən məni gec başa düşdün
Yalvardım səhərdən axşama kimi
Heyif ki, sən məni gec başa düşdün, ay balam
Heyif ki, sən məni gec başa düşdün
Yandırdın qəlbimi bir çıraq kimi
Əridi şam kimi, axdı yağ kimi
Yandırdın qəlbimi bir çıraq kimi
Əridi şam kimi, axdı yağ kimi
Oynatdın qəlbimi oyuncaq kimi
Heyif ki, sən məni gec başa düşdün
Oynatdın qəlbimi oyuncaq kimi
Heyif ki, sən məni gec başa düşdün, ay balam
Heyif ki, sən məni gec başa düşdün
Səni gəncliyimin taleyi bildim
Axı sən eşqimlə ağladın, güldün
Səni gəncliyimin taleyi bildim
Axı sən eşqimlə ağladın, güldün
Gündə neçə dəfə öldüm-dirildim
Gündə neçə dəfə öldüm-dirildim
Heyif ki, sən məni gec başa düşdün, ay balam
Heyif ki, sən məni gec başa düşdün
Səni gəncliyimin taleyi bildim
Axı sən eşqimlə ağladın, güldün
Gündə neçə dəfə öldüm-dirildim
Gündə neçə dəfə öldüm-dirildim
Heyif ki, sən məni gec başa düşdün, ay balam
Heyif ki, sən məni gec başa düşdün
Gündə neçə dəfə öldüm-dirildim
Gündə neçə dəfə öldüm-dirildim
Heyif ki, sən məni gec başa düşdün
Heyif ki, sən məni gec başa düşdün
Heyif ki, sən məni gec başa düşdün, ay balam
Heyif ki, sən məni gec başa düşdün