Текст песни
Bir küsməyi var ki
Lal divarlar da ibrət alır
Bir gülməyi var ki
Günəş də yanında sönük qalır
Gözləri var rəssamı acizliyindən utandırır
Rəbb nə möcüzələr yaradır
Bütün həyatım bircə kəlməsindən asılı o insafsızın
Qəlbimə od vurubdur bir yad qızı
Sonra gəlib üzümə gülür qırmızı-qırmızı
Ona qədər vardı hər rəngin öz mənası
Amma onunla hər rəng qırmızı, qırmızı
Qırmızı şirin şərab
İçərəm, içərəm badə-badə
Surəti sanki sərab
Ancaq onu görürəm mən hər yerdə
Ağlımmı qaçır, ya Rəbb?
Afrodit durub mənim önümdə
Bir insan cildində
Bütün həyatım bircə kəlməsindən asılı o insafsızın
Qəlbimə od vurubdur bir yad qızı
Sonra gəlib üzümə gülür qırmızı-qırmızı
Ona qədər vardı hər rəngin öz mənası
Amma onunla hər rəng qırmızı, qırmızı
Qəlbimə od vurubdur bir yad qızı
Sonra gəlib üzümə gülür qırmızı-qırmızı
Ona qədər vardı hər rəngin öz mənası
Amma onunla hər rəng qırmızı, qırmızı
Qəlbimə od vurubdur bir yad qızı
Sonra gəlib üzümə gülür qırmızı-qırmızı
Ona qədər vardı hər rəngin öz mənası
Amma onunla hər rəng qırmızı, qırmızı