Обложка трека Dönməzəm — AISEL, Alim Qasimov, Natiq Ritm
6:30

AISEL, Alim Qasimov, Natiq Ritm Dönməzəm

Сингл · 2026

Скачать

Текст песни

Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm
Xəncər ilə yürəyimi yar, səndən dönməzəm

Ey sənəm, eşqin yolunda qamətintək doğruyam
Çəksələr Mənsurləyin bər-dar, səndən dönməzəm

Səndən dönməzəm
Səndən dönməzəm
Səndən dönməzəm

Müshəfi-hüsnün həqiçün, ey dilaramım mənim
Anca kim, bu təndə canım var, səndən dönməzəm

Gər Zəkəryatək məni başdan ayağa yaralar
Başıma ərrə qoya nəccar, səndən dönməzəm

(Səndən dönməzəm)

İsamısan, Musamısan?!
Ya Yusifi-Kənanmısan?
Vallah ki, canım canısan
Mən səndən üz döndərmənəm!
Səndən üz döndərmənəm!

Leyliyi-şeyda idim seydinə düşdüm, ey nigar
Yanaram Məcnun kimi mən zar, səndən dönməzəm

Rindi-rüsvayəm, başımda vardır sevdayi-eşq
Namü nəngi qoymuşam, həm ar, səndən dönməzəm

Ey Nəsimi, aşiqmisən?
Həq yoluna sadiqmisən?
Közyərməyə layiqmisən?
Mən səndən üz döndərmənəm!
Döndərmənəm!

0:00 0:00