Текст песни
Görüşək
Görüşək
Görüşək
Milyonlarla göydə ulduz alışır
Biri mənim yollarımı izləyir
Hər insanın öz taleyi, bəxti var
Məni yalnız öz qismətim gözləyir
O-o-o, məni yalnız öz qismətim gözləyir
O-o-o, məni yalnız öz qismətim gözləyir
Gözləyir
Bilirdim ki, gələcəksən
Sən ömrümə güləcəksən
Alın yazım, bəxt ulduzum, görüşək
Görüşək
Görüşək
Görüşək
Günü günə satmaqla olmaz
Keçmişi başdan atmaqla olmaz
Birlikdə hər şey yaxşı olacaq
Başa düş ki, qaçmaqla olmaz
Hər kəsə qucaq açmaqla olmaz
Sevməsən, güllər də açmaz, solacaq
Birdən-birə ömründə hərdən
Həzz al, yaşa, hər bir səhərdən
Yaşanılmış hər bir an yadda qalacaq
Bir xeyir olar hər bir gecədən
Bəxt quşudur, hara uçub getsə
Gəlib yenə öz çiyninə qonacaq
O-o-o, gəlib yenə öz çiyninə qonacaq
O-o-o, gəlib yenə öz çiyninə qonacaq
Qonacaq
Bilirdim ki, gələcəksən
Sən ömrümə güləcəksən
Alın yazım, bəxt ulduzum, görüşək
Görüşək
Görüşək
Bilirdim ki, gələcəksən
Sən ömrümə güləcəksən
Alın yazım, bəxt ulduzum, görüşək
Görüşək
Görüşək
Görüşək
Görüşək