Текст песни
Nəysə, olur belə şeylər
Olur ki, darıxırsan
Hər kəs sənə doğru qaçır
Sən ona sığınırsan
Gecələr tez-tez diksinib
Adını çağırırsan
Adını çağırırsan
Nəysə, olur belə şeylər
Olur ki, çox sevirsən
Sən hamıdan vaz keçirsən
Hamıya yadlaşırsan
O da səndən uzaqdadır
Bu oyuna çaşırsan
Bu oyuna çaşırsan
Olur ki, yorulursan
Bezirsən, təklənirsən
Bircə quru zəngi gəlir
Coşub ürəklənirsən
Nəysə
Olur ki, hər şey bitir
Sevgin göz yaşı, kədər
Bir də baxırsan illər
Hədər gedibmiş, hədər
Nəysə
(Nəysə)
Nəysə, olur belə şeylər
Olur ki, ağlayırsan
Göz yaşların ilıq-ilıq
Töküldükcə üzünə
Evin bütün künclərindən
O görünür gözünə
Olur ki, yorulursan
Bezirsən, təklənirsən
Bircə quru zəngi gəlir
Coşub ürəklənirsən
Nəysə
Olur ki, hər şey bitir
Sevgin göz yaşı, kədər
Bir də baxırsan illər
Hədər gedibmiş, hədər
Nəysə
Nəysə, olur belə şeylər
Olur ki, çox sevirsən
Sən hamıdan vaz keçirsən
Hamıya yadlaşırsan
O da səndən uzaqdadır
Bu oyuna çaşırsan
Bu oyuna çaşırsan
Nəysə, olur belə şeylər