Обложка трека Adətən — Miri Yusif
2:57

Miri Yusif Adətən

Альбом · Luna · 2024

Скачать

Текст песни

Məhəbbət adlı illətin dəvası olmur adətən
Olanda qarşılıqsız, heç səfası olmur adətən
İlahi eşqi tut uca, bünövrə sağlam olmasa
Daş üstə daş yığanların binası olmur adətən

Çox aşiqin edir bəyan şeirlə sevgisin sənə
Edir, fəqət müəllifin rizası olmur adətən
'Canım fədadır, ey mənim canım, gözüm'' deyir yetən
Mənimtək içlərində can fədası olmur adətən

Uğuruna ölürəm adətən mən
Adətən mən pis adətəm mən
Layiq deyiləm ibadətə mən
Uğuruna ölürəm adətən mən

Uğuruna ölürəm adətən mən
Adətən mən pis adətəm mən
Layiq deyiləm ibadətə mən
Uğuruna ölürəm adətən mən

Keçən canından eşq üçün, gərək, ürəkdən istəyə
Hədiyyəlik namazların qəzası olmur adətən
Göz ilə hiss elətdirir, Miri Yusif bəyənsə kimi
O an bütün gözəllərin vəfası olmur adətən

Vəfa elə xəzinədir ki, hər kəs arzusundadır
Olanda qədri olmur, intəhası olmur adətən
Bəla çəkən çəkir bütün bəlaları nəfəs kimi
Ölüb qurtarmır heç, ölüm bəlası olmur adətən

Uğuruna ölürəm adətən mən
Adətən mən pis adətəm mən
Layiq deyiləm ibadətə mən
Uğuruna ölürəm adətən mən

Uğuruna ölürəm adətən mən
Adətən mən pis adətəm mən
Layiq deyiləm ibadətə mən
Uğuruna ölürəm adətən mən

Uğuruna ölürəm adətən mən
Adətən mən pis adətəm mən
Layiq deyiləm ibadətə mən
Uğuruna ölürəm adətən mən

Uğuruna ölürəm adətən mən
Adətən mən pis adətəm mən
Layiq deyiləm ibadətə mən
Uğuruna ölürəm adətən mən

0:00 0:00