Перейти к содержимому
Обложка трека Bildim — Miri Yusif
3:35

Трек

Miri Yusif Bildim

Сингл · 2023 · Поп

Скачать

Текст песни

Gördüm, gördüm ki, səhvdir eşqin qibləsi
Sən özgəsən, sevdiyim, özgəsi
Biz aldatmışıq hər kəsi, hər kəsi

Bildim, bildim ki, gözlərin dəniz deyil
Qəlbin bulud kimi təmiz deyil
“Sən və mən” daha “biz” deyil, “biz” deyil

İndi xəyal kimi baxdım ötən çağa
Ömür başladı geri saymağa
Sən yoxsan, mən yoxam daha
İndi bilmişəm ki, şeytan mələk deyil
Bağrıma daş asdım, ürək deyil
Dünya mənə gərək deyil

Sildim, sildim keçmişimi sətir-sətir
Otağımda həsrət qoxan ətir
Pəncərəmdən kölgən itir, ay-ay, yar
Baxdım, baxdım ki, bir ömür gedib boşa
Ayrı insanlar şəkildə qoşa
Sənsiz səninlə olmuşam, olmuşam

İndi xəyal kimi baxdım ötən çağa
Ömür başladı geri saymağa
Sən yoxsan, mən yoxam daha
İndi bilmişəm ki, şeytan mələk deyil
Bağrıma daş asdım, ürək deyil
Dünya mənə gərək deyil

İndi xəyal kimi baxdım ötən çağa
Ömür başladı geri saymağa
Sən yoxsan, mən yoxam daha
İndi bilmişəm ki, şeytan mələk deyil
Bağrıma daş asdım, ürək deyil
Dünya mənə gərək deyil
Bildim, bildim

0:00 0:00