Текст песни
Mənim könlüm açılar Xarıbülbül misalı
Gözün aydın Kəlbəcər, gözün aydın Xocalı
Otuz illik həsrətin sona yetdi Qarabağ
Qırx dörd günə xalqımız bunu etdi Qarabağ
Dünya duysun bu səsi, bu səs Turan səsidir
Cənnət Azərbaycanın, Qarabağ qibləsidir
Şəhid haqq-ədalətin yerdəki kölgəsidir
Zəfəri qeyd edirik bitdi intizar artıq
Ya Qarabağ, Ya Ölüm, Qarabağım var artıq, var artıq
Dillərdə dastan oldu bu ölməz şuar artıq, var artıq
Şuşa fatehləriylə öyünən yurdumuz var
Dağlara dırmaşmağa neçə mərd oğlumuz var
Şuşada azan verən yenilməz ordumuz var
Heç kəs bu gücümüzü etməsin inkar artıq
“Ya Qarabağ, Ya Ölüm” əziz Şuşam var artıq, var artıq
Dillərdə dastan oldu bu ölməz şuar artıq, var artıq
Qəm vardı anaların bəyazlamış saçında
“Qarabağ” düyün idi dilimizin ucunda
Ağdamda, Fizulidə, Qubadlı və Laçında
Bayrağım dalğalanır əsdikcə rüzgar artıq
“Ya Qarabağ, Ya Ölüm” Xocavəndim var artıq, var artıq
Dillərdə dastan oldu bu ölməz şuar artıq, var artıq
Bu durnalar Qarabağa gedərmiş
Bağlı qalan yollarını açaq biz
Bir baş qoyub torpağında, yataq biz
Qarabağı alaq biz!
Alaq biz!
Qarabağı alaq biz!
Aldıq biz!
Xankəndi yaraşıqda yoxdur, tayın bənzərin
Bizi bötövləşdirən Zəngəzura afərin
Arazın sahilindən əl eylər Xudafərin
İnsanlar öz evinə qayıdır təkrar artıq!
“Ya Qarabağ, Ya Ölüm” Zəngilanım var artıq, var artıq
Dillərdə dastan oldu bu ölməz şuar artıq, var artıq
Atəşkəsi pozurdu işğalçı həvəsləri
Dəmir yumruq ilə əzdik nakəsləri
Sülhü bərqərar etdik susdu silah səsləri
Bu yerlərdə səslənir Muğam, Kaman, tar artıq
“Ya Qarabağ, Ya Ölüm” Ağdamımız var artıq, var artıq
Dillərdə dastan oldu bu ölməz şuar artıq, var artıq
Əzizinəm bizim qala
Həmişə bizim qala
Tikmədim özüm qalam
Tikmişəm izim qala