Обложка трека Külqabı Torpağında Kül Bitəndə — YAP10
3:02

YAP10 Külqabı Torpağında Kül Bitəndə

Сингл · 2015

Скачать

Текст песни

Gəl, gəl ki, əllərimiz sevişsin
Yoxluqla əziyyətli illərimiz sevişsin
Gəl ağac olaq görünən hissələrimiz havada
Amma torpaq altda pünhan, köklərimiz sevişsin

Şairin zehni çürüsün
Yaradan qoymaz sənə söz qoşan beyni çürüsün
Ölümümüz eyni gündə olsun, ayrı basdırılaq
Sümüklərimiz illər sonra qarışsın, eyni çürüsün

Və sonra yas saxlar hamı, səslənilər tütək
Təpəndən dırnağa yadsan, gözlərin tanış bir tək
Gəl olaq ayrı daxmalarda, ayrı bacalarda tüstü
Səmada bir-birimizə sarılıb sonra itək

Uşaqlar kimi də eyləmişik səhvi, küncdən ağlayaq
Qadağa olduq bir-birinə, heyif, içdən ağlayaq
Gəl ayrı tərəflərdə edək biz ibadəti
Cənnətdə bir-birimizə rastlaşıb sevincdən ağlayaq

Akkordlar eynidir, həm də minorlar
Gəzirlər beynimdə, hətta milyonlar
Bizi çətin başa düşər, ya da başa salmaq çətin
Bizi anlasınlar deyə fikirləri toplayıb qayıdaq, başa düşək

Bəlkə də hamı böyükdür, amma bir körpələr
Heç kimlə yola gedə bilməyən qəliz körpələr
Sətirlər şişirdilmə deyil, sənlə böylə təsəvvür
Bizlər eşq bətnində qucaqlaşan əkiz körpələr

Təmiz abu-səba üzərində yarpaq izləri
Biz səninlə yad balıqlar, beldə var amma qarmaq izləri
Gəl ayrı qəpiklər verək sənlə dilənçiyə
Üst-üstə düşsün qəpiklər, sevişsin barmaq izləri

Səhərə yaxın gəldi yuxuma fələr üzbəüz
Ayıldım, adını çəkib yatdım, gəldi mələk üzbəüz
Gəl ayrı səma cismi olaq, Ayla Günəş kimi
Bir ildə bir dəfə də olsa, gələk üzbəüz

Gül əkdim, adını ümid qoydum ki, bəlkə gül bitər
Hər gecə külqabı torpağında da xeyli kül bitər
Gəl olaq ayrı buludlarda sənlə yağış damlası
İsladaq eyni yeri, qovuşanlara qızılgül bitər

Akkordlar eynidir, həm də minorlar
Gəzirlər beynimdə, hətta milyonlar
Bizi çətin başa düşər, ya da başa salmaq çətin
Bizi anlasınlar deyə fikirləri toplayıb qayıdaq, başa düşək

Akkordlar eynidir, həm də minorlar
Gəzirlər beynimdə, hətta milyonlar
Bizi çətin başa düşər, ya da başa salmaq çətin
Bizi anlasınlar deyə fikirləri toplayıb qayıdaq, başa düşək

0:00 0:00