Текст песни
Bu şəhər neçə gənc yaşda olanı edib içdən yaşlı
Zahirən üzü gülür, amma tək qalanda gözləri yaşlı
Bu şəhər neçə sevgiyə şahid, neçə xoşbəxtliklər
Yorğun səhərlər, başlayır gecə xoşbəxtliklər
Bu şəhər neçəsini edib qəmgin, neçəsini zəngin
Var tənhalar, illərdir basılmır qapıdakı zəngi
Bu şəhər hərdən qapı açır, hərdən tapmırsan yol
Burada həyatımız nağıl kimi, biri var, biri yox
Bu şəhər öyrədib ata ola-ola atasız böyüməyi
Güzgüdə gözünün içinə baxıb ağlaya-ağlaya gülməyi
Bu şəhər görüb əsl sevgiyə qarşı xəyanətlər
Qiyamətdən əlamətlərdir bu ziyafətlər
Bu şəhər görüb neçə məcbur edilən zorla evlilik
Qızını məcbur ərə verib sonra məclisinə kef deyib
Kimi özü kimi qala bilib, kimi hələ də oynayır rol
Burada həyatımız nağıl kimi, biri var, biri yox