Обложка трека BİR DƏ BU DÜNYAYA NƏ VAXT GƏLƏRİK? — YAP10
2:32

YAP10 BİR DƏ BU DÜNYAYA NƏ VAXT GƏLƏRİK?

Альбом · Romanti̇k · 2026

Скачать

Текст песни

Kimi qismət deyir, kimi alın yazım
Arzuları ertələmə, yaşamaq lazım
Biz arzularımızı körpə kimi bələrik
Bir də bu dünyaya nə vaxt gələrik?

Dərd əbədi deyil, böyük alovlar da olur kül
Unut olanları, çalış xoş günlərdə gül
Bir də ürəkdən nə vaxt gülərik
Bir də bu dünyaya nə vaxt gələrik?

Çəkinmə heç nədən, ürəyini aç, ağla
Sabaha saxlama, bərk-bərk qucaqla
Doğmanın qədrini itirəndə bilərik
Bir də bu dünyaya nə vaxt gələrik?

Hamı tələsir, hamı tələsir
Zaman neçə tez keçir, qalıb hələ sirr
Kimi ata-ana arzular
Kimisi də ata-anasını atıb qocalar evinə, var beləsi
Hamı pul dalınca qaçır
Hərəsi bir dərədədir, qardaş-bacı
Görüşmürük çoxdan
Bölüşmürük çoxdan sirrimizi, bu acı
Darıxıram hərdən
Həqiqətən, darıxıram hərdən
Doya-doya yaşayardıq biz bunu bilsəydik əvvəldən
Mən darıxıram hərdən
Həqiqətən, darıxıram hərdən
Doya-doya yaşayardıq biz bunu bilsəydik əvvəldən
Qısadır həyatın, mahnım kimi
Ömrüm üzümdə salxım kimi
Ürəyimə inanmam, ağlım kimi
Həyatım, ismətim, abrım kimi

0:00 0:00