Обложка трека Duman — Юсиф Эйвазов
4:18

Юсиф Эйвазов Duman

Сингл · 2025

Скачать

Текст песни

Mən hansı sözləri seçim?
Necə sənə izah edim?
Necə səni sevirəm
Sayıram, gözləyirəm yolunu
Sarım sənə qolumu
Bir də qoymayım, məni
Məndən alıb gedəsən
Səsim çatarmı səsinə?
Nəfəs verib nəfəsinə
Qovuşaydım ətrinə
Mən hər gecə rəsminə baxıram
Sənsiz çox darıxıram
Az qalıb, inanıram
Bir gün dönəcəm sənə
Yolları duman
Bürüsə şaxta-boran
Gələrəm
Yağsa da leysan
Mən səni sevən insan
Gözlərəm
Yolları duman
Bürüsə şaxta-boran
Gələrəm
Yağsa da leysan
Mən səni sevən insan
Dözərəm
Hər gündüzə, gecəyə
Baxmayaraq heç nəyə
Tək səni, yenə səni
Yenə səni gözlərəm
Bu sevginin xatirinə
Sənsiz keçən hər günümə
Qurban edib illərimə
Qaytaraydım geriyə ilk görüşü
Titrəyən ilk öpüşü
Sevgi dolu gülüşü
İndi kimlə bölüşüm?
Yolları duman
Bürüsə şaxta-boran
Gələrəm
Yağsa da leysan
Mən səni sevən insan
Gözlərəm
Yolları duman
Bürüsə şaxta-boran
Gələrəm
Yağsa da leysan
Mən səni sevən insan
Dözərəm
Hər gündüzə, gecəyə
Baxmayaraq heç nəyə
Tək səni, yenə səni
Yenə səni gözlərəm
Yolları duman
Bürüsə şaxta-boran
Gələrəm
Yağsa da leysan
Mən səni sevən insan
Gözlərəm
Yolları duman
Bürüsə şaxta-boran
Gələrəm
Yağsa da leysan
Mən səni sevən insan
Dözərəm
Hər gündüzə, gecəyə
Baxmayaraq heç nəyə
Tək səni, yenə səni
Yenə səni gözlərəm

0:00 0:00