Трек
Aygün Kazımova, Cavanşir Quliyev Dərd Səni Böyüdəcək
Альбом · Hara Getsən Apar Məni · 1996 · Поп
Текст песни
Tanrı elçisidir Məhəmməd, İsa
Yenə bu müqəddəs adlar dirilir
Cəlladlar köhnədir, çarmıxlar təzə
Ağrılar dirilir, dərdlər dirilir
Cəlladlar köhnədir, çarmıxlar təzə
Ağrılar dirilir, dərdlər dirilir
Ağrılar dirilir, dərdlər dirilir
Bu dərdə yiyə dur, sən qorxma, oğul
Səni bu dünyada dərd böyüdəcək
Əlim sənə çatmır, darıxma, oğul
Dərd səni məndən də mərd böyüdəcək
Dərd səni məndən də mərd böyüdəcək, mərd böyüdəcək
Qoy çəksin süfrədən gözünü aclar
Çörək olmayacaq, ölüm olacaq!
Dərddən ağaracaq qapqara saçlar
Hər dərdi bir çəkən gəlin olacaq
Dərddən ağaracaq qapqara saçlar
Hər dərdi bir çəkən gəlin olacaq
Hər dərdi bir çəkən gəlin olacaq
Bu dərdə yiyə dur, sən qorxma, oğul
Səni bu dünyada dərd böyüdəcək
Əlim sənə çatmır, darıxma, oğul
Dərd səni məndən də mərd böyüdəcək
Dərd səni məndən də mərd böyüdəcək, mərd böyüdəcək
Gör necə qızarır gül ləcəyitək
Ovcumun içində mismar yerləri
Mən sənə hədiyyə gətirəm gərək
Bu qanlı gülləri, qızılgülləri
Mən sənə hədiyyə gətirəm gərək
Bu qanlı gülləri, qızılgülləri
Bu qanlı gülləri, qızılgülləri
Bu dərdə yiyə dur, sən qorxma, oğul
Səni bu dünyada dərd böyüdəcək
Əlim sənə çatmır, darıxma, oğul
Dərd səni məndən də mərd böyüdəcək
Dərd səni məndən də mərd böyüdəcək
Mərd böyüdəcək
Mərd böyüdəcək
Mərd böyüdəcək