Текст песни
Nazlı gözəl, nə düşmüş xəyalına?
Neçə vaxtdır, mən yanıram halına
Nazlı gözəl, nə düşmüş xəyalına?
Neçə vaxtdır, mən yanıram halına
Vurulmuşsan üzümdəki xalıma
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
gələ bilmərəm mən
Gedək, gəzək biz Xızı dağlarını
Altıağacın yamyaşıl bağlarını
Gedək, gəzək biz Xızı dağlarını
Altıağacın yamyaşıl bağlarını
İçək onun sərin bulaqlarını
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Bəlkə görüşək?
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
İçirtmişsən yara eşqi-badəni
Gözlərim görməyir külli-aləmi
İçirtmişsən yara eşqi-badəni
Gözlərim görməyir külli-aləmi
Gəlib anamdan alarsan icazəni
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Gəl bir görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Gəl, insaf et, qaraltma sən qanımı
Qurban edim sənə cavan canımı
Gəl, insaf et, qaraltma sən qanımı
Qurban edim sənə cavan canımı
Evdəkilər də bilir bu halını
Gəl görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Dur gəl, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Dünya dövr eləyir indi tərsinə
Qızlar durub oğlanların qəsdinə
Dünya dövr eləyir indi tərsinə
Qızlar durub oğlanların qəsdinə
Nə deyim ki, dəyməsin bu xətrinə?
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Dur gəl, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
İtirmişəm mən indi iradəmi
Əymişsən bu qamətimi, qəddimi
İtirmişəm mən indi iradəmi
Sən əymişsən qamətimi, qəddimi
Kimə deyəsən sən indi bu dərdini?
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Gəl çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Ay, qardaşının görməsi bəhanədir
Məcnun mənim yanımda əfsanədir
Qardaşının görməsi bəhanədir
Məcnun mənim yanımda əfsanədir
Nizami dərdimdən dəli-divanədir
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Dur gəl, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Gəl görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən
Çıxaq, görüşək
Gələ bilmərəm mən
Qardaşım görər
Gələ bilmərəm mən