Текст песни
Sevən kövrək ürəyim
Yaman xəyala dalıb
Qərib bir durna kimi
Azıb, qatardan qalıb
Nəqarətsiz nəğmətək
Sözüm ürəkdə qaldı
Həzin axan bulaqlar
Hicran nəğməsi çaldı
Keçdiyimiz yolları
İnan, unutmamışam
Aylar, illər keçsə də
Yadımdadır son axşam
Qayıt, qayıda bilsən
Taleyimdən getmisən
Görüşümə gəlməsən
Yuxuma gəlməlisən
Elə bil əllərinlə
Söndürdün günəşimi
Bu vida gedişinlə
Apardın gülüşümü
Sınadım neçəsini
Sevdim tək bircəsini
Söylə, necə unudum
Ayrılıq gecəsini?
Keçdiyimiz yolları
İnan, unutmamışam
Aylar, illər keçsə də
Yadımdadır son axşam
Qayıt, qayıda bilsən
Taleyimdən getmisən
Görüşə gəlməsən
Yuxuma gəlməlisən
Keçdiyimiz yolları
İnan, unutmamışam
Aylar, illər keçsə də
Yadımdadır son axşam
Qayıt, qayıda bilsən
Taleyimdən getmisən
Görüşümə gəlməsən
Yuxuma gəlməlisən