Текст песни
Sənin içinə alov salacaq,
Bir qığılcımla yanacaq, yanacaq,
Bizi çox uzaqlara aparacaq,
İrəli yanacaq.
Gecələr axtarıram günəşi,
Sən mənim ol günəşim, gülümsə,
Bizim sürət yaxınlaşır 100-ə,
Qızdırır yanacaq.
Petrol yanır şəhərin işıqları,
Bu yollar bizi haralara aparır?
Nə qədər qaçsa da hədəf uzaq,
Yol mənə olacaq az.
Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti,
Nə qədər olsan da sən uzaq,
Mən sənə çatacam.
Sənin içinə alov salacaq,
Bir qığılcımla yanacaq, yanacaq,
Bizi çox uzaqlara aparacaq,
İrəli, yanacaq.
Nə qədər olsa da gecə qaranlıq,
Mənim köməyimə gələcək bir işıq,
Mənim şəhərimi qaldırır zirvəyə,
Güc verir yanacaq.
Petrol yanır şəhərin işıqları,
Bu yollar bizi haralara aparır?
Nə qədər qaçsa da hədəf uzaq,
Yol mənə olacaq az.
Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti,
Nə qədər olsan da sən uzaq,
Mən sənə çatacam.
Mənim statusum oil-country,
Bura caz, muğam, aşıq-country,
Qızılım qara, dolu pul, para,
Kömək olur yanacaq düşəndə dara.
Uzun yolları sən mənə az elə,
Gəl, gözəlim, gəl mənə naz elə,
Soyuq həyatımı sən gəl yaz elə,
Qəlbin də yanacaq.
Qara buludları təbəssüm qovacaq,
Əməllərimiz xoş niyyətlə dolacaq,
Musiqinin simləri dünyaya yayılacaq,
Xalçaların naxışları qəlbimizi bəzəyəcək,
Açarımız hər kəsdə, hər kəs bir nəfəsdə,
Bir səslə, bir dəstə.
Gözləri götürməyənlərin gözləri alışacaq,
Gələcək qəlbimizə və rəngbərəng yanacaq.
Petrol yanır şəhərin işıqları,
Bu yollar bizi haralara aparır?
Nə qədər qaçsa da hədəf uzaq,
Yol mənə olacaq az.
Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti,
Nə qədər olsan da sən uzaq,
Mən sənə çatacam.
Petrol yanır şəhərin işıqları,
Bu yollar bizi haralara aparır?
Nə qədər qaçsa da hədəf uzaq,
Yol mənə olacaq az.
Petrol, mühərrikimə güc ver,
Mənim ölkəmin artır sürəti,
Nə qədər olsan da sən uzaq,
Mən sənə çatacam.