Текст песни
Sən bir cavan ulduz
Mən parlaq günəş
Bir yerdə biz ola bilmərik əlbət
Gəl, yaxın, əzizim, yanımda əyləş
Ürəyini aç hamıdan xəlvət
Aygün, nə olar mən incitmə
Sənə olan hisslərimi yandırıb, əritmə
Aralarında nə qədər zaman olsa da
Ulduz günəşi sona qədər sevəcək
Göydə donan, qalan çönüb olmuşam buz
Sən parlaq bir günəş
Mənsə balaca bir ulduz
Gündüzləri üzə çıxmağını gözləyirəm
Hər zaman səni səmada seyr edirəm
Səmada olarkən ifa etdin
(qəlbimin şəklini çək)
Bu şəkildə olmaq istərdim sənlə təkbətək
Pərəstişkarların səni sevə-sevə
Günlərin sənin keçir bax belə
Sənin sənətin hamını heyran edir
Səni cavan, gözəl bir oğlan sevir
İlk görüşdən sənə elə vurulub
Başqaları kimi də o da heyran oldu
Hər əziyyətinə dözüb, sənə yaxın olmaq istədim
Çox uzun, çox çətin yollardan keçdim
Günlərin bir günü səninlə tanış oldum
Səsini eşidən an çox şad oldum
Vuruldum, yaxşı münasibətlər quruldu
Unuttum çoxlarını, sənə yaxın oldum
Ulduz gecə olur, günəş gündüz
Heç cürə görüşə bilmirlər onlar
Sənətin günəşin şüaları kimidir
Sevdiyim gözəllərin nömrə biridir
Onsuz da uduzub, geri çəkilməyəcək
Cavan ulduz günəşi sona qədər sevəcək
Mavi səmada mən çox ulduz gördüm, demədim susdum
Sən bir cavan ulduz
Mən parlaq günəş
Bir yerdə biz ola bilmərik əlbət
Gəl, yaxın, əzizim, yanımda əyləş
Ürəyini aç hamıdan xəlvət
Axır ki, biz tanış olduq
Lakin sən onda da sevmərəm dedin
Məni düşündürüb, dərin fikrə saldın
Sonra birlikdə ifa etdik Tənha Qadın
Bir balaca olsa da sənə yaxın oldum
Yaxın olmaqla dərdlərimi unuttum
Yuxularımda təkcə səni arzu edirəm
Gecələr tənhalıq dərd çəkirəm
Bura bax Mone
Bilmirəm nə deyim
Səni unudum mən yoxsa ki, sevim
Görən cavan, gözəl oğlan
Yaxşı olar ki, gəl sən mənə inan
Aygün, nə olar məni incitmə
Sənə olan hisslərimi yandırıb, əritmə
Bir yerdə olmaq niyə mümkün deyil
Cavan ulduz parlaq günəşi sevir
O onsuz da uduzuub geri çəkilməyəcək
Cavan ulduz günəşi sonaq qədər sevəcək
Sən bir cavan ulduz
Mən parlaq günəş
Bir yerdə biz ola bilmərik əlbət
Gəl, yaxın, əzizim, yanımda əyləş
Ürəyini aç hamıdan xəlvət
Sən bir cavan ulduz
Mən parlaq günəş
Bir yerdə biz ola bilmərik əlbət
Gəl, yaxın, əzizim, yanımda əyləş
Ürəyini aç hamıdan xəlvət
Sevgi ilə yaşayır bizim kainat
Məhəbbət üstündə qurulub həyat
Nəyə görə axı tərslik edirsən
Nəyə görə cavan ulduzu sevmirsən
Bəlkə fikrini günəş dəyişsin
Cavan, gözəl bir ulduzu sevsin
Sən bir cavan ulduz
Mən parlaq günəş
Bir yerdə biz ola bilmərik əlbət
Aygün, nə olar gəl burax bu tərsliyi
Ürəyimi sındırıb, incitmə məni
Nədir mənim mənfi cəhətim nədir?
Bütün qaynar hisslərimlə sevirəm səni
Onsuz da uduzub geri çəkilməyəcək
Cavan ulduz günəşi sona qədər sevəcək
Sən bir cavan ulduz
Mən parlaq günəş
Bir yerdə biz ola bilmərik əlbət
Gəl, yaxın, əzizim, yanımda əyləş
Ürəyini aç hamıdan xəlvət
Aramazda illər, aylar olsa da
Qəlbimdəki hisslər incidir məni
Qan qaynayır mənimlə olmasan da
Sənsiz qoyma səni candan sevəni
Candan sevəni