Обложка трека Novruz Gəlir — Aygün Kazımova
3:06

Aygün Kazımova Novruz Gəlir

Сингл · 1989

Скачать

Текст песни

Novruz gəlib, yaz gəlib
Bir əlində saz gəlib
Bir əlində xoncası
Açıb gülün qönçəsi

Bülbülə avaz gəlib
Novruz gəlib, yaz gəlib

Bülbülə avaz gəlib
Novruz gəlib, yaz gəlib

Kosa sən də gəlsənə
Gəlib salam versənə
O torbanı ver görək
Yumurtalar rəngbərəng

Hər biri can dərmanı
Ver dolduraq torbanı

Hər biri can dərmanı
Ver dolduraq torbanı

Novruza bax, yaza bax
O əriyən buza bax
Sellər axır şırhaşır
Çöllər olur yamyaşıl

Ot bitir, yemlik bitir
Keçəl başa tük bitir

Ot bitir, yemlik bitir
Keçəl başa tük bitir

Keçəl başın yağlasın
Dəsmal verək bağlasın
Məclis quraq oynasın
Çırdıq vuraq oynasın

Əl çalaq alqışlayaq
Bu məclisi başlayaq

Əl çalaq alqışlayaq
Bu məclisi başlayaq

Novruz gəlib, yaz gəlib
Bir əlində saz gəlib
Bir əlində xoncası
Açıb gülün qönçəsi

Bülbülə avaz gəlib
Novruz gəlib, yaz gəlib

Bülbülə avaz gəlib
Novruz gəlib, yaz gəlib

0:00 0:00