Текст песни
Xarıbülbül, sil gözünün yaşını
Ağlama sən, artıq dik tut başını
Kirəc tutmuş torpağını, daşını
Öz qanıyla təmizlədi əsgərim
Mübarəkdir bu qələbəm, zəfərim
Xarıbülbül, sil gözünün yaşını
Ağlama sən, artıq dik tut başını
Kirəc tutmuş torpağını, daşını
Öz qanıyla təmizlədi əsgərim
Mübarəkdir bu qələbəm, zəfərim
Vətən bağı al-əlvandır yenə də
Çiçəklərin şahı - xarıbülbülüm
Toy qurarıq Şuşada, Cıdır düzündə
Qələbəmin rəmzi - xarıbülbülüm
Qovuşmuşuq artıq, xarıbülbülüm
Yaşayırıq qələbəni, zəfəri
Xilaskarın - Azərbaycan əsgəri
Bilirdim ki, incimisən, küsmüsən
İllərdir ki, əsirlikdə dözmüsən
Qovuşmarıq sanıb ümidini üzmüsən
Mümkündürmü, sevindirək düşməni?
Xilaskarın - Azərbaycan əsgəri
Vətən bağı al-əlvandır yenə də
Çiçəklərin şahı - xarıbülbülüm
Toy qurarıq Şuşada, Cıdır düzündə
Qələbəmin rəmzi - xarıbülbülüm
Qovuşmuşuq artıq, xarıbülbülüm
Yaşayırıq qələbəni, zəfəri
Xilaskarın - Azərbaycan əsgəri
Xarıbülbülüm...