Текст песни
Keçir zaman, hamı dəyişir
Yalanın dodağında tamı dəyişir
Ürəyimdə qalıb o yaralar
Necə bu olanları dəyişim?!
Mən indi zaman ilə yarışıram
Güzgüdə xəyalınla danışıram
İçimi paralayır üsyanlar
Və sonda həyatımla barışıram
Zərbə yenə də qəlbə vurulur
Hərdən düşürəm dərdə
Mən şərqəm asılı qərbə
Sevgim canıma məlhəm
Zərbə yenə də qəlbə vurulur
Hərdən düşürəm dərdə
Mən şərqəm asılı qərbə
Sevgim canıma məlhəm
De mənə, gedim indi, ya qalım?
Olmalı o yanı, ya bu yanı
Üşüyür içimdə duyğularım
Sən elə bil küləyi şimalın
Eşqin edib məni elə bil ki dəli-divanə
Bütün cahan bilir, bələddir hər bir aləm
Qəlb viranə, tənha qalıbdır sənli günlərim
Sənsən mənim həyat dolu vərəqlərim
Mən şərqəm asılı qərbə
Sevgim canıma məlhəm
Zərbə yenə də qəlbə vurulur
Hərdən düşürəm dərdə
Mən şərqəm asılı qərbə
Sevgim canıma məlhəm
Zərbə yenə də qəlbə vurulur
Hərdən düşürəm dərdə
Mən şərqəm asılı qərbə
Sevgim canıma məlhəm
Sevgin canıma məlhəm
Mən şərqəm asılı qərbə
Sevgin canıma məlhəm