Обложка трека De Hardasan — Rio feat. Iradə Ibrahimova
2:35

Rio feat. Iradə Ibrahimova De Hardasan Acoustic

Альбом · De Hardasan · 2026

Скачать

Текст песни

De, haradasan?
Yerini söylə, mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə-deyə ağlar
De, haradasan?
Nə hala gəldiyini görürsən
Böyüyürsən, nifrət elədiyin adama dönürsən
Yağış bu şəhərin günahların silmir
Çünki bu şəhərdə yağış yağanda ölürsən
Bu həyat - oyun, uduzuruq və çox susuruq
Sancır bu əqrəblər, əzrailin qonşusudur
Dəqiqlik zamanın oğrusudur
Burada adamı öldürən ölüm deyil
Ölümün qorxusudur
Mənlə olmaq istəyənlərin qırdım xahişini
Təkəm, olmasın deyə yoxluğuna maneçilik
Gəl otur, sonuncu şam yeməyi hazırladım
Menyunu soruşma, burada yalan yeyib and içirik (yeah, yeah)
Həyat ərköyündür, ürəyim daha döyünmür
Susun, başım səs-küy götürmür
De, haradasan? Üzüm heç gülmür
De, haradasan?
Yerini söylə, mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə-deyə ağlar
De, haradasan?
Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De, haradasan?
Bu gün köhnə məhəlləyə getmişdim
Heç kimi tapmadım köhnələrdən
Həyatımda istəmədiklərim yığır, ancaq
Sənin üçün açıq telefon
Necəyəm, yığıb öyrən hərdən
Dərin yazmıram içində özüm batmayım deyə
Əlləşirlər istədiklərimə çatmayım deyə
Amma ağlayırlar yarı yolda atmayım deyə
Yaşayıram yaxınlarımı ağlatmayım deyə
Denən, haradasan, denən? Yerini denən
Gəlim, götürüm səni, qayıdaq böyüdüyümüz yerə
Denən, necə baxım evdəkilərin üzünə
Bu yaşda hər dəfə əli boş qayıdanda evə, evə, evə?
Həyat ərköyündür, ürəyim daha döyünmür
Susun, başım səs-küy götürmür
De, haradasan? Üzüm heç gülmür
De, haradasan?
Yerini söylə, mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə-deyə ağlar
De, haradasan?
Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De, haradasan?

0:00 0:00