Текст песни
Azərbaycan, doğma elim
Doğma yurdumsan
Torpağına canım qurban
Canımda cansan
Doğma vətən
Ürəyimiz sənlə döyünür
Yenə şanlı ordumuz
Zəfəri ilə öyünür
Qarabağım, cənnət diyar
Köksündə hər kəs bəxtiyar
Ucalardan gəlir səsin
Kimin belə vətəni var?!
Azərbaycan, elim-obam
Torpağına canım qurban
Dalğalanan bayrağınla
Bir döyünür ürək, inan
Azərbaycan, cənnət məkan
Sərvətlərin dilə dastan
Gələcəyin ilhamlıdır
Canım, doğma Azərbaycan
Qələbələr diyarısan
Ucadır adın
Hara getsəm, harada olsam
Gəlir sorağın
Ana yurdum, hər qarışın
Doğmadır, əzizdir
Tükənməyən nemətlərin
Qəlbləri bəzəyir
Qarabağım, cənnət diyar
Köksündə hər kəs bəxtiyar
Ucalardan gəlir səsin
Kimin belə vətəni var?!
Azərbaycan, elim-obam
Torpağına canım qurban
Dalğalanan bayrağınla
Bir döyünür ürək, inan
Azərbaycan, cənnət məkan
Sərvətlərin dilə dastan
Gələcəyin ilhamlıdır
Canım, doğma Azərbaycan