Текст песни
Mənə dəniz ver, mənə sənsiz yoxdur bu dünyada yer
Mənə dəniz ver, onun suyu sevgimiz kimi təmizdir
Mənə dəniz ver
Mənə dəniz ver
Mənim gülüm,gəl sevgidən danışaq
Səhər qədər oturaq,yorulmayaq
Mən sənə toxunum,sən mənə toxun
Gəl mənə yaxın,olum sənə qoxun
Bu dünyada o qədər gözəllik var
Gözəlim bir yaşayaq, ol mənə yar
Səni itirsəm, ürək dayanar
Qəlb parçalanar, gəmim oyanar
Sənin hər gülüşün məni əridir
Hər toxunuşun məni isidir
Gözlərim sənnən heç doya bilmir
Gəl bu anları uzadaq kim bilir
Bu dünyanın işini
Gəl yanıma şirin
Sevgilim sevim səni
Deyim ürəyimdə olanları-dinlə onları
Mənə dəniz ver, mənə sənsiz yoxdur bu dünyada yer
Mənə dəniz ver, onun suyu sevgimiz kimi təmizdir
Mənə dəniz ver
Mənə dəniz ver
Həyatıma gəlib-gedən çox olub
Çiçəklər açılıb, dərinib, solub
Deyilən xoş sözlər, edilən vədlər
Keçmişə üzə batan gəmidilər
Sən mənə yaşamağı öyrədirsən
Yaşlarımı gülüşə çevirirsən
Yuxudan ayıdıb, mənə gül verdin
Gəlişinlə məni sevindirdin
Mənə dəniz ver, mənə sənsiz yoxdur bu dünyada yer
Mənə dəniz ver, onun suyu sevgimiz kimi təmizdir
Mənə dəniz ver
Mənə dəniz ver
Mənə dəniz ver
Dəniz ver