Обложка трека Gözəl Bakı — Eyyub Yaqubov
3:42

Eyyub Yaqubov Gözəl Bakı

Сингл · 2026

Скачать

Текст песни

Dilimin bəstəsi, şeiri, nəğməsi
Şəhər mənzərəsi valeh edir hər kəsi
Seyr edək sahili, dalğanın hər səsi
Xəzərin nəfəsi səndən bizə söz açır
Gecələr ulduzum, gündüzüm, günəşimsən
Gözəl Bakı, əzəlsən, bu gün çox dəyişmisən
Bu gün, Bakı, gözəlsən, çox dəyişmisən
Qucaq açıb Xəzər sənə
Dəyməsin heç nəzər sənə
Səndən ayrı yaşamarıq, Bakı
Hər qarışın əziz mənə
Olsaq ayrı bir an belə
Biz bu yükü, bu həsrəti daşımarıq, Bakı
Hər daşın xatirə, hər küçən xatirə
Dilimin əzbəri səadət dolu günlər
Ötsə aylar, illər, yada düşür nələr-nələr
Dəyişir tez zaman, çox tez ötür fəsillər
Gecələr ulduzum, gündüzüm, günəşimsən
Gözəl Bakı, əzəlsən, bu gün çox dəyişmisən
Bu gün, Bakı, gözəlsən, çox dəyişmisən
Çıxıb Dağüstüyə, baxıram mən sənə
Nə geyinsən, Bakı, çox yaraşır, çox sənə
Hər daşın xatirə, hər küçən xatirə
Dilimin əzbəri səadət dolu günlər
Ötsə aylar, illər, yada düşür nələr-nələr
Dəyişir tez zaman, çox tez ötür fəsillər
Qucaq açıb Xəzər sənə
Dəyməsin heç nəzər sənə
Səndən ayrı yaşamarıq, Bakı, ay canım
Hər qarışın əziz mənə
Olsaq ayrı bir an belə
Biz bu yükü, bu həsrəti daşımarıq, Bakı
Qucaq açıb Xəzər sənə
Dəyməsin heç nəzər sənə
Səndən ayrı yaşamarıq, Bakı
Hər qarışın əziz mənə
Olsaq ayrı bir an belə
Biz bu yükü, bu həsrəti daşımarıq, Bakı
Qucaq açıb Xəzər sənə
Dəyməsin heç nəzər sənə
Səndən ayrı yaşamarıq, Bakı, ay canım
Hər qarışın əziz mənə
Olsaq ayrı səndən belə
Biz bu yükü, bu həsrəti daşımarıq, Bakı
Biz bu yükü, bu həsrəti daşımarıq, Bakı

0:00 0:00