Текст песни
Qızım, ömrümə rəng qatdı sənin gəlişin
Səhər ayı əvəz etdin, gecə günəşi
Sən bizim cənnətə açılan aynasan
Sən mənim hər duamdasan, qızım
Hər anında yanındayam
Hər an dayağam sənə, canım qızım
Sən mənim yaşamaq həvəsim, qızım
Xoşbəxt ol, qızım, ən böyük arzum
Qızım, ən böyük arzum sənsən
Qızım, sən mənim yaşamaq səbəbimsən
Sənin varlığın bu dünyanı bəzər
Bu dünyada eşq yoxdur sənin qədər
Ey, qızım, ən böyük arzum sənsən
Qızım, sən mənim yaşamaq səbəbimsən
Sənin varlığın bu dünyanı bəzər
Bu dünyada eşq yoxdur sənin qədər
Ey, qızım
Hər anında yanındayam
Hər an dayağam sənə, canım qızım
Sən mənim yaşamaq həvəsim, qızım
Ey, xoşbəxt ol, qızım, ən böyük arzum
Qızım, ən böyük arzum sənsən
Qızım, sən mənim yaşamaq səbəbimsən
Sənin varlığın bu dünyanı bəzər
Bu dünyada eşq yoxdur sənin qədər
Ey, qızım, ən böyük arzum sənsən
Qızım, sən mənim yaşamaq səbəbimsən
Sənin varlığın bu dünyanı bəzər
Bu dünyada eşq yoxdur sənin qədər
Ey, qızım